...

Bu il yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq - Nazir

Cəmiyyət Materials 28 Yanvar 2021 11:30 (UTC +04:00)
Bu il yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq - Nazir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il sənayenin iştirakı ilə hazırlanan yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən kompüter-texniki ixtisaslar daxil olmaqla 120 ixtisas üzrə mütəxəssislər hazırlanır. Təlim-tədris prosesi gələcək istiqamətlərin mütəmadi təhlilinə uyğun olaraq formalaşdırılır. “WorldSkills” təşkilatı ilə əməkdaşlıq çərçivəsində gələcəyin peşələrinə dair beynəlxalq standartların tədris resurslarımna inteqrasiyası və tələbələrin beynəlxalq peşə olimpiadalarında iştirakı təmin ediləcək:

"Təhsil Nazirliyi olaraq kadr potensialımızın dünyada gedən sənayeləşmə prosesinə hazırlıqlı olması üçün müxtəlif təhsil pillələri üzrə fəaliyyəti stimullaşdırmağa çalışırıq. Eyni zamanda, peşə təhsili infrastrukturunun müasirləşdirilməsi istiqamətində də fəaliyyətimiz davam edir. 2019-cu ildə Prezident İlham Əliyevin açılışını etdiyi Koreya standartları əsasında qurulmuş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 11 ixtisas üzrə kadrlar hazırlayır. Bərdə, Cəlilabad, Lənkəran və Mingəçevirdə müasir peşə təhsil mərkəzlərinin açılışı planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti