...

ADU-da payız semestrinin qış imtahan sessiyası davam edir

Cəmiyyət Materials 5 Fevral 2021 12:44 (UTC +04:00)
ADU-da payız semestrinin qış imtahan sessiyası davam edir

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

Bakalavr pilləsində 430, Magistratura səviyyəsində 84 qrup üzrə 6444 tələbə imtahan verib. İmtahanlar Microsoft Teams platformasında müxtəlif kurslar üzrə gün ərzində üç növbədə təşkil olunur. 2020-2021-ci tədris ilinin qış imtahan sessiyasında tələbələrin 99% -i iştirak edib. 6444 tələbədən qeyri-kafi qiymət alan yoxdur. 1345 tələbə imtahanları əla qiymətlərlə (91-100 bal) başa vurub.

Universitetin Tədris hissəsi, Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsi və Keyfiyyətin təminatı və monitorinq şöbəsi və fakültə dekanlıqları imtahanlara birbaşa nəzarət edir. İndiyədək hər hansı pozuntuya rast gəlinməyib. İmtahanlarda üzrlü səbəblərdən iştirak etməyən tələbələr üçün sessiyanın sonunda əlavə imtahanlar təşkil olunması nəzərdə tutulur.

Universitetdə rektor, akademik Kamal Abdullanın sədrliyi ilə Operativ Qərargah fəaliyyət göstərir. Sessiya müddətində qərargaha hər hansı bir şikayət daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti