...

Yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatı davam edir

Cəmiyyət Materials 15 Fevral 2021 16:02 (UTC +04:00)
Yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatı davam edir

Bakı. trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış, reabilitasiya vasitələrinə ehtiyacı olan qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu protezlər Nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində dünyanın məhşur protez istehsalçıları ilə əməkdaşlıq şəraitində qurulan sexdə hazırlanır. Həmin reabilitasiya vasitələri yüksək funksionallıq dərəcəsinə malikdir. Elektron oynaq əsasında hərəkətin tam, daha dəqiq tənzimlənməsinə imkan verir, sabit, təhlükəsiz və inamlı hərəkəti təmin edir.

Təqdim edilən bu videoçarxda qələbəmizin qəhrəmanlarından olan Əliyev Rəşad Amin oğlunun bu günlərdə yüksək texnologiyalı protezlərlə təmin edilməsi prosesi əksini tapıb. Döyüşlərdə ağır yaralanaraq ayağını itirən Rəşad bu reabilitasiya vasitəsi ilə artıq sərbəst şəkildə addımlamaq, rahat hərəkət imkanına malikdir.
https://wetransfer.com/downloads/57224c87a5d2ece08398616ccee8072120210215113220/70b94d

Məqalədə:
Xəbər lenti

Xəbər lenti