...

HHQ-nin aviasiya vasitələri yeni tədris ilində ilk praktiki uçuşları icra edir (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Fevral 2021 12:28 (UTC +04:00)
HHQ-nin aviasiya vasitələri yeni tədris ilində ilk praktiki uçuşları icra edir (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.

Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti