Bakı. Trend:
Rusiya Federasiyasında koronavirusun Cənubi Afrika ştammına yoluxma halı qeydə alınıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə , bu barədə cümə axşamı Rospotrebnadzor federal xidmətinin saytında məlumat verilib.
"28 Britaniya, iki Cənubi Afrika, 16 koronavirusun digər mutasiya ştammı aşkarlanıb. Braziliya ştammı aşkarlanmayıb", - məlumatda deyilir deyilir.
Araşdırmaları Rospotrebnadzor xidmətinin 14 tədqiqat təşkilatı aparır.