...

Bakı və Abşerondakı dumanlı havanın səbəbi açıqlandı

Cəmiyyət Materials 18 Mart 2021 10:23 (UTC +04:00)
Bakı və Abşerondakı dumanlı havanın səbəbi açıqlandı

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunmasının səbəblərini açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Trend-ə bildirib ki, dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir: "Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-qərb küləyi nəticəsində Abşeron yarımadasına daxil olub. Belə hava şəraiti martın 18-i gün ərzində, 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti