...

YAP-çı deputat və icra başçısı şəhid və qazi ailələrini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2021 16:53 (UTC +04:00)
YAP-çı deputat və icra başçısı şəhid və qazi ailələrini ziyarət edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “Novruz bayramı” münasibəti ilə şəhid və qazi ailələrini ziyarət ediblər.

Görüşlərdə şəhid ailələrinə, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışılıb. Ziyarət zamanı şəhid ailələrinə və qazilərə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib.

Şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti