Bakı. Samir Əli - Trend:
Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir.
Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, artıq rayon ərazisinin 2 820 hektarı minalardan təmizlənərək təhvil verilib: "Bundan başqa, işğaldan azad edilən ərazilərin yolları minlardan təmizlənib, gediş-gəlişə normal şərait yaradılır. Hazırda əsasən əkinə yararlı sahələrin təmizlənməsi prosesi aparılır. Əkin sahələrindən sonra növbəti mərhələdə kəndlərin yaşayış sahələrinin təmizlənməsinə başlanılacaq".
İcra Hakimiyyətindən bildiriblər ki, təmizlənmiş sahələrin 2 200 hektarı şumlanıb. Şumlanmış ərazilərin hamısında buğda əkilib.