...

Pomidor güvəsi və onunla mübarizə üsulları

Cəmiyyət Materials 2 Aprel 2021 12:39 (UTC +04:00)

Bakı. Trend:

Tərəvəzlər qida rasionunda ən çox istifadə edilməsi tövsiyə olunan məhsullardan biri hesab edilir. Tərkibində insan orqanizmi üçün xeyirli olan karbohidratların, zülalların, vitaminlərin, mineral duzların, üzvi turşuların, aromatik maddələrin və qələvilərin olduğunu nəzərə alsaq, gün ərzində orta hesabla 300-400 qr müxtəlif növ tərəvəzlərlə qidalanmaq olduqca vacibdir.

Bu gün elmə məlum olan 1200-ə qədər mədəni və yabanı tərəvəz bitkisi mövcuddur. Tərəvəzlər açıq şəraitdə və istixana şəraitində becərildiyinə görə birinciyə açıq, ikinciyə isə örtülü sahə tərəvəzçiliyi deyilir. Son dövrlərdə iqlim dəyişkənlikləri nəticəsində baş verən aramsız yağıntılar, bəzən yüksək hərarətin təsiri ilə quraqlığın yaranması və s. çatışmazlıqlar açıq şəraitdə tərəvəz becərilməsini çətinləşdirir. Belə olan halda bitkiləri əlverişsiz hava şəraitindən qorumaq üçün örtülü şəraitdə, yəni istixana istehsalına ehtiyac yaranır. Bundan başqa əhalinin il boyu təzə-tər tərəvəz məhsulları ilə təmin edilməsində örtülü sahə tərəvəzçiliyinin əhəmiyyəti böyükdür. Çünki tərəvəz məhsulları az kalorili olub, əsas qida sayılmır, onların tərkibində insan orqanizmi üçün lazımi maddələrin zəngin olmasına baxmayaraq toplanıb qalmır və gündəlik maddələr mübadiləsində sərf olunub qurtarır. Bu baxımdan orqanizmin sağlam qalması üçün insan tərəvəzlə hər gün qidalanmalıdır ki, bu məsələdə örtülü sahə tərəvəzçiliyinin rolu böyükdür.

Örtülü sahədə tərəvəz bitkilərindən ən geniş becərilənlər pomidor, xiyar, badımcan və bibər hesab olunur. Hazırda respublikamızda çox sayda istixana fəaliyyət göstərir. Becərilən məhsullara düzgün qulluq edilməyəndə, onları zərərli orqanizmlərdən qorumayanda məhsulun əmtəəlik keyfiyyəti aşağı düşür, məhsuldarlıq zəif olur və görünüşünü itirir. Zərərli orqanizmlərlə sirayətlənmiş məhsulların ixrac potensialı da azalır. Dünyanın əksər ölkələrində pomidor istixanalarında əsasən pomidor minalayıcı güvəsinə rast gəlinir.

Buna görə də, sahibkarlara istixanalarda pomiror minalayıcı güvəsinə rast gəldikdə diqqətlə yanaşıb, müvafiq mübarizə tədbirləri aparmaqlarını tövsiyə edirik. Sözügedən zərərli orqanizmin hər inkişaf fazasına uyğun əlamətləri və mübarizə tədbirlərini sizə təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti