...

Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq

Cəmiyyət Materials 3 Aprel 2021 16:36 (UTC +04:00)
Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Növbəti həftədən yaşdan asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunmağa başlayacaq.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, hazırda 40 yaşdan yuxarı insanlar vaksinasiya olunur:
“Amma hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər kəsə vaksinlərin vurulmasına başlanılacaq. İnanırıq ki, növbəti tədris ilindən ənənəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, vaksinasiya ilə mümkündür”.

E.Əmrullayev əlavə edib ki, nazirlik yoluxma sayı azaldıqda ənənəvi tədrisə keçirilməsinin tərəfdarıdır: “Biz bunu istəyirik. Amma insanların sağlamlığı daha vacibdir. Eyni zamanda, səhiyyə müəssisələrinin üzərinə düşən yükü də nəzərə almalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti