...

Vətəndaşlara peyvənd vuran həkimlərə əlavə əməkhaqqı hesablanmır - Agentlik

Cəmiyyət Materials 23 Aprel 2021 15:48 (UTC +04:00)
Vətəndaşlara peyvənd vuran həkimlərə əlavə əməkhaqqı hesablanmır - Agentlik

Bakı. Samir Əli - Trend:

Vaksinasiyada iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulmayıb.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova bildirib.

O deyib ki, yalnız koronavirusla mübarizədə iştirak edənlərə əlavələrin verilməsi nəzərdə tutulub: “Çünki vaksinasiyada iştirak edən tibb işçiləri sağlam insanlarla işləyirlər. Onlar koronaviruslu xəstə deyil. Bakıda çalışan tibb işçiləri icbari tibbi sığorta əlavəsini may ayında alacaqlar".

Twitter : GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti