...

Füzulidəki yataqların əksəriyyəti işğal dövründə istismar edilib - Xidmət rəsmisi (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2021 14:02 (UTC +04:00)
Füzulidəki yataqların əksəriyyəti işğal dövründə istismar edilib - Xidmət rəsmisi (FOTO)

Füzuli. Samir Əli - Trend:

Füzuli rayonundakı yataqların əksəriyyəti işğal dövründə istismar edilib

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Ş.Ataşovun sözlərinə görə, Füzuli rayonunda dövlət və sahə balanslarında qeydiyyata alınmış 6 faydalı qazıntı - 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yataqları mövcud olub.

Xidmət rəsmisi bildirib ki, işğaldan azad olunan ərazilərdə ümumilikdə 167 ədəd qeyri-filiz və inşaat materialları yataqları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti