...

AZAL Ankara və İstanbula uçuşları dayandırır

Cəmiyyət Materials 28 Aprel 2021 18:09 (UTC +04:00)
AZAL Ankara və İstanbula uçuşları dayandırır

Bakı. Sədrəddin Ağcayev - Trend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Azərbaycandan Türkiyəyə uçuşları müvəqqəti dayandırır.

Bunu Trend-ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun sözlərində görə, 29 aprel 2021-ci il – 16 may 2021-ci il tarixlərinə olan Bakı-İstanbul-Bakı və 29 aprel 2021-ci il – 13 may 2021-ci il tarixlərinə olan Bakı-Ankara-Bakı reysləri ləğv edilir.

Bununla yanaşı, Bakı-Antalya-Bakı 12 may 2021-ci il tarixli reysi də ləğv olunub.

"Alternativ kimi sözügedən tarixlərə olan aviabiletləri cərimə tətbiq olunmadan istənilən tarixlərə “Türk Hava Yolları”nın biletlərinə dəyişmək olar".

Digər istiqamətlər üzrə reyslərə dəyişikliklər edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti