...

Aya ilk uçuş misiyasında iştirak edən kosmonavtlardan biri Maykl Kollins vəfat edib

Cəmiyyət Materials 29 Aprel 2021 05:36 (UTC +04:00)
Aya ilk uçuş misiyasında iştirak edən kosmonavtlardan biri Maykl Kollins vəfat edib

Bakı. Trend:

ABŞ-da kosmonavt Maykl Kollins 90 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə onun yaxınları “Twitter” səhifəsində xəbər yayıblar.

M.Kollins 1969-cu ildə aya ilk uçuş edən "Apollon-11" missiyasının üç kosmonavtından biri olub. Onunla birgə bu proqramda Nil Armstronq Və Bazz Oldrin iştirak ediblər.

Kosmonavtın xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti