...

61 şəhid övladının adına depozit yerləşdirilib

Cəmiyyət Materials 29 Aprel 2021 12:15 (UTC +04:00)
61 şəhid övladının adına depozit yerləşdirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu günə qədər 61 şəhid övladı üçün depozit hesablara yerləşdirilib.

Trend-in məlumatına görə, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bu gün keçirilən mətbuat konfrasında deyib.

E.Hüseynov vurğulayıb ki, "YAŞAT" Fondunun fəaliyyət istiqamətlərindən biri də 27 sentyabrdan sonra dünyaya gələn şəhid övladlarına dəstək göstərməklə bağlıdır:

“O uşaqlar atasız dünyaya gəliblər. Onların ataları öz canlarını Vətən uğrunda qurban veriblər. Ötən gün 61 şəhid övladı barədə depozit hesablara yerləşdirilib, bu gün artıq 7 şəhid övladı barədə də depozit yerləşdiriləcək və bu, ümumilikdə 68 şəhid övladını əhatə edəcək. İnanırıq ki, cəmiyyətimiz bundan sonra da şəhid övladlarına dəstəklərini davam etdirəcəklər”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti