...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Cəmiyyət Materials 4 May 2021 16:45 (UTC +04:00)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 19 286 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 584 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 536 328, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 980 005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 556 323 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti