...

Bakıya elektrobusların gətirilməsində stimullaşdırıcı təkliflər olmalıdır - Ekspert

Cəmiyyət Materials 19 May 2021 17:48 (UTC +04:00)
Bakıya elektrobusların gətirilməsində stimullaşdırıcı təkliflər olmalıdır - Ekspert

Bakı. Samir Əli - Trend:

Bakıda marşrutlara elektriklə işləyən avtobusların daxil edilməsi məqsədəuyğundur və bu prosesin kütləviləşməsi təmin edilməlidir.

Bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, bunun üçün sahibkarlara stimullaşdırıcı təkliflər edilməlidir: "Bu dəstəklənəsi ideyadır. Bakı Nəqliyyat Agentliyi bunun üçün hökumət qarşısında hesablanmış təkliflər verməlidir. Bu təkliflərdə həmin avtobusların gətirilməsi üçün gömrük, maliyyə və digr güzəştlər olmalıdır. Bu prosesdə həmin nəqliyyat vasitələri təkcə dövlət şirkətlərinə deyil, özəl şirkətlərə də təklif edilməlidir. Elə etmək lazımdır ki, sahibkar həm o avtobusları əldə etməkdə maraqlı olsun, həm də daha az xərclə avtobusların işləməsinə nail olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti