...

MDU-nun tələbələri COVID-19 əleyhinə vaksinasiya prosesində iştirak edirlər (FOTO

Cəmiyyət Materials 27 May 2021 19:51 (UTC +04:00)
MDU-nun tələbələri COVID-19 əleyhinə vaksinasiya prosesində iştirak edirlər (FOTO

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbləri könüllü olaraq cənab rektorun çağırışına qoşularaq, vaksinasiya prosesində aktiv iştirak edərək, birinci doza peyvənd olunublar.

Qeyd edək ki, MDU-da, ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid əməkdaşları mərhələli şəkildə vaksinasiya prosesində iştirak ediblər. Sağlamlıqlarına, ölkəmizdə olan sanitar-epidemioloji vəziyyətə həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən MDU kollektivinin 90 faizindən çoxu artıq vaksinasiyadan keçib. Hazırda bu prosesdə tələbələrin aktiv iştirak etməsi üçün hər bir fakültənin dekan və müəllimləri tərəfindən təbliğat işləri aparılır.

Eyni zamanda, MDU-da əhali arasında vaksinasiya ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirlərində universitetin professor-müəllim və tələbə heyəti üzvləri də fəal iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti