...

Braziliyada ötən sutka 78 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Cəmiyyət Materials 13 İyun 2021 08:37 (UTC +04:00)
Braziliyada ötən sutka 78 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 78 700 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 17 374 818 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 037 nəfər ölüb, ölənlərin ümumi sayı 486 272 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti