...

Sarayda 7 küçə asfaltlanıb (FOTO)

Cəmiyyət Materials 23 İyun 2021 14:55 (UTC +04:00)
Sarayda 7 küçə asfaltlanıb (FOTO)

Bakı. Trend6

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 küçənin tamamilə yenidən qurularaq asfaltlanması başa çatıb.

Trend-in məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova sözügedən qəsəbədə həyata keçirilən abadlıq-quruculuq işlərini yaxından izləmək məqsədi ilə əraziyə baxış keçirib. İcra başçısına bildirilib ki, qəsəbədə geniş miqyasda yenidənqurma işləri aparılır. Belə ki, RİH-in sifarişi ilə keçirilən tenderdə qalib gələn podratçı şirkət tərəfindən qəsəbənin Hacıbaba Səmədov, Ənvər Məmmədxanlı, Ayna Sultanova, Əhməd Cavad, Həsən Turabov, Xudu Məmmədov və Məhəmməd Hadi küçələrində həyata keçirilən asfaltlanma işləri başa çatıb. Ümumi uzunluğu 4 km təşkil edən layihə çərçivəsində 21 min kvadratmetr sahəyə asfalt örtüyü çəkilib. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb. Bir sözlə tam müasir yol infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Daha sonra qəsəbə sakinləri ilə görüşən İ.Gülməmmədova onları narahat edən məsələlər, qarşılaşdıqları əsas problemlərlə maraqlanıb. Qəsəbədə həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə, küçələrin asfaltlanmasına, eyni zamanda Saray qəsəbə 2 saylı tam orta məktəbin yeni tədris binasının tikintisinə və kanalizasiya xəttinin çəkilməsinə görə Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirən sakinlər görülən tədbirlərdən razı qaldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti