...

Peyvənd olunan Britaniya sakinləri ölkəyə dönərkən təcriddən azad edilir

Cəmiyyət Materials 25 İyun 2021 05:11 (UTC +04:00)
Peyvənd olunan Britaniya sakinləri ölkəyə dönərkən təcriddən azad edilir

Bakı. Trend:

Koronavirusa qarşı tam peyvənd odzasını alan britaniyalılar əksər ölkələrdən qayıtdıqdan sonra karantin tələbindən azad olunur.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şeps "Twitter" səhifəsində yazıb.

"Müvəffəqiyyətli peyvənd proqramımız sayəsində niyyətimiz bu yayda tamamilə peyvənd olunan Böyük Britaniya sakinlərinin sarı siyahıdakı ölkələrdən gəldikləri zaman təcriddən azad olunmasıdır. Təfərrüatları gələn ay müəyyənləşdirəcəyik", - nazir yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti