...

ADU-da “Heydər Əliyev və Şanlı Azərbaycan” konfransının materiallarından ibarət kitab çap olunub

Cəmiyyət Materials 25 İyun 2021 14:12 (UTC +04:00)
ADU-da “Heydər Əliyev və Şanlı Azərbaycan” konfransının materiallarından ibarət kitab çap olunub

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Şanlı Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransının məruzələrinin tezislərindən ibarət kitab çap olunub. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfrans mayın 16-da bu təhsil ocağında onlayn formatda keçirilmişdi.

Konfransda 3 məcburi köçkün məktəbi olmaqla, ümumi 18 orta məktəbdən 33 şagird, 8 universitetdən 28 tələbə fəal iştirak edib. Konfransda iştirak edən 300 nəfərdən çox tələbə və şagirdlərə sertifikatlar göndərilib.

Kitabın açıq PDF-variantı universitetin Dspace rəqəmsal kitabxanasında yerləşdirilib, eyni zamanda bütün konfrans iştirakçılarına kitabın PDF variantı göndərilib.

ADU-nun DSpace rəqəmsal kitabxanasından kitabın PDF versiyasını aşağıdakı linkə keçid edib əldə etmək olar.

http://217.64.17.124:8080/xmlui/handle/123456789/1108

Məqalədə:
Xəbər lenti

Xəbər lenti