...

"Delta" ştammının geniş şəkildə yayılması yeni qadağalara gətirib çıxara bilər - Ekspert

Cəmiyyət Materials 30 İyun 2021 19:48 (UTC +04:00)
"Delta" ştammının geniş şəkildə yayılması yeni qadağalara gətirib çıxara bilər - Ekspert

Bakı. Çingiz Səfərli -Trend:

Vaksinlər və insanda xəstəlik zamanı yaranan adaptiv immunitet "Delta" və "Delta+" ştammından tam qorunmağa imkan vermir.

Bunu Trend-ə açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla deyib.

Onun sözlərinə görə, "Delta" ştammının əsas xüsusiyyəti ondan ibarətdir ki, bu virusla yoluxma zamanı tikanlı zülalda, yəni səthdə olan S zülalda xeyli dəyişiklik baş verib. Bu da virusun çox asanlıqla hüceyrə daxilinə keçməsinə şərait yaradır:

"Təbii ki, alimlər hesab edir ki, immuniteti olan şəxslər və vaksinlər virusu nisbətən yüngül keçirməyə imkan yaradır. Lakin bu, bizi qətiyyən arxayın salmamalıdır. Ona görə hesab edirəm ki, yeni sürprizlərə hazır olmalıyıq. Bu virus dünyaya geniş şəkildə yayılsa, yeni qadağalara gətirib çıxara bilər".

A.Qeybulla mutasiya prosesinin davam etdiyini və yeni bir ştammın da üzə çıxdığını bildirib:

"Hazırda Cənubi Amerikada "Lambda" ştammı yayılıb. Düzdür, bu ştamm "Delta+" kimi çox yoluxucu deyil. Amma "Delta+" ştammı çox yoluxucudur və öldürücülük qabiliyyəti yüksəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti