...

Azərbaycanda koronavirusa son sutkada 95 nəfər yoluxub, ölən olmayıb

Cəmiyyət Materials 3 İyul 2021 16:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada infeksiyadan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 336 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 380 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 961 nəfərdir.

Ölkədə son sutka ərzində 10428, hazırkı dövrədək isə 3 778 410 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti