Bakı. Trend:
Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda sonuncu oyun, dörddəbir final mərhələsinin matçı keçiriləcək.
Trend-in məlumatına görə, saat 20:00-da Bakı Olimpiya Stadionunda Danimarka və Çexiya milliləri qarşılacaq.
Azarkeşlər artıq Bakı Olimpiya Stadionuna gəlib və oyunun başlamasını gözləyirlər.
Stadiona gələn bir çox azarkeş Bakının çox gözəl bir şəhər olduğunu qeyd edib.
Danimarka millisinin azarkeşlərindən biri deyib: "Bakını sevirəm. Burada olduğum üçün xoşbəxtəm".
Digər azarkeş Bakının möhtəşəm olduğunu qeyd edib: "Mükəmməl mətbəx, gözəl insanlar. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik".