...

Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)

Cəmiyyət Materials 14 İyul 2021 12:44 (UTC +04:00)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)

Bakı. Samir Əli - Trend:

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti