...

Göyçayda qaydaları pozan şadlıq sarayı aşkarlanıb

Cəmiyyət Materials 17 İyul 2021 18:15 (UTC +04:00)
Göyçayda qaydaları pozan şadlıq sarayı aşkarlanıb

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

16 iyul 2021-ci il tarixində Göyçay şəhəri, Şəhriyar küçəsində yerləşən fiziki şəxs Mustafayev Vaqif Şövqi oğluna məxsus “Şəhriyar” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən baxış zamanı şənlik mərasiminin 200 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi aşkarlanıb.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti