...

Azərbaycanda 225 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Cəmiyyət Materials 21 İyul 2021 19:09 (UTC +04:00)
Azərbaycanda 225 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Bakı. Trend:

Azərbaycanda koronavirus infeksiyasına daha 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada 4 nəfər koronavirusdan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib, aktiv xəstə sayı 2 527 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593, ötən müddət ərzində isə ümumilikdə 3 935 913 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti