...

“İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir

Cəmiyyət Materials 23 İyul 2021 01:35 (UTC +04:00)
“İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir

Bakı. Çingiz Səfərli - Trend:

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.

Bu barədə Trend-ə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur. Layihə çərçivəsində işlə təmin edilən gənclərin əməkhaqqılarının 50%-i Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihəyə 18-29 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsi olan, iş təcrübəsi olmayan, işsiz və işaxtaran gənclər müraciət edə bilərlər. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.

Gənclər layihəyə www.genc.az saytı və “GencAPP” mobil tətbiqi vasitəsilə müraciət edə bilərlər.

Müraciətlərin qəbulu 15 iyul tarixindən başlamaqla 1 sentyabradək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti