...

Türkiyədə son sutkada koronavirusdan 5 211 nəfər sağalıb

Cəmiyyət Materials 26 İyul 2021 01:25 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 5 211 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 55 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 223 837 nəfər test edilib, 14 230 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 211 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti