...

Bakı Slavyan Universitetində magistr səviyyəsi üzrə qəbul birinci mərhələdə 86 faiz təşkil edib

Cəmiyyət Materials 27 İyul 2021 12:20 (UTC +04:00)
Bakı Slavyan Universitetində magistr səviyyəsi üzrə qəbul birinci mərhələdə 86 faiz təşkil edib

Bakı. Trend:

Xəbər verildiyi kimi, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin elektron qeydiyyat prosesi iyulun 26-da başa çatıb.

Bakı Slavyan Universitetinin (BSU) Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 2021-2022-ci tədris ilində universitetə ali təhsilin magistratura səviyyəsinə 13 ixtisas, 23 ixtisaslaşma üzrə 112 nəfər qəbul olunub. Ümumilikdə BSU-da ali təhsilin magistratura səviyyəsi üzrə qəbul birinci mərhələdə 86 faiz təşkil edib.

Qeyd etmək lazımdır ki, BSU-da ali təhsilin magistratura səviyyəsində müasir əmək bazarı üçün tələb olunan ixtisaslar tələbələrin seçiminə verilib.BSU rəhbərliyinin dəstəyi ilə Magistratura şöbəsinin əməkdaşları tərəfindən magistrantların onlayn formada qeydiyyatı çevik və mütəşəkkil təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti