...

Psixoloji yardım göstərilən şəhid ailələrinin sayı açıqlanıb

Cəmiyyət Materials 29 İyul 2021 15:56 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Psixoloji yardım göstərilən şəhid ailələrinin sayı açıqlanıb.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən mətbuat konfransında deyib ki, 18 noyabr 2020-ci il tarixində ilk olaraq Gəncə, Bərdə, Tərtər, Yevlax, Ağdam rayonları istiqamətində psixoloji xidmətlərə başlanılıb. Daha sonra bütün ölkə ərazisi əhatə olunub.

Onun sözlərinə görə, 28 fevral 2021-ci il tarixinə kimi psixoloq və psixiatrlar tərəfindən 3 minə yaxın ailəyə səfər edilərək ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib, ailə üzvlərinin psixoloji ehtiyacları müəyyənləşdirilərək onlarla davamlı psixoloji konsultasiyalar keçirilib. Onlardan 2 455-i hərbi şəhid ailəsi, 51-i mülki şəhid ailəsi, 445-i isə yaralı hərbiçilər və onların ailə üzvləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti