...

Bakı metrosunda hərəkət bərpa olundu (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 30 İyul 2021 10:09 (UTC +04:00)
Bakı metrosunda hərəkət bərpa olundu (ƏLAVƏ OLUNUB)

Bakı. Çingiz Səfərli - Trend:

Metropolitenin bütün xətlərində qatarların hərəkəti hərəkət cədvəlinə uyğun olaraq tam təmin olunub.

Trend xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Qeyd edək ki, Bakı metrosunda elektrik kəsintisi qatarların hərəkətində problem yaranmışdı. ""Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar mövcud idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti