...

Bu fənlər üzrə müəllimlərin vakansiya seçimi başlayır

Cəmiyyət Materials 11 Avqust 2021 10:57 (UTC +04:00)
Bu fənlər üzrə müəllimlərin vakansiya seçimi başlayır

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimi
2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsi 11 avqust saat 12:00-da başlayacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, vakansiya seçimi Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə həyata keçiriləcək. Seçimlərdə müvafiq fənlər üzrə 30 və daha yüksək bal toplamış şəxslər iştirak edə bilərlər.

Namizədlər 14 avqust saat 11:59-dək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmağı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti