...

İki yaşına qədər uşaqlara telefon və monitor izlətmək təhlükəlidir - Baş pediatr

Cəmiyyət Materials 25 Avqust 2021 15:56 (UTC +04:00)
İki yaşına qədər uşaqlara telefon və monitor izlətmək təhlükəlidir - Baş pediatr

Bakı. Samir Əli - Trend:

İki yaşına qədər uşaqlara telefon və monitor izlətmək olmaz.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

O bildirib ki, bu proses uşaqlarda ağır xəstəliyə səbəb ola bilər: "Bəzən analar uşaqlarını xüsusən yemək yedizdirərkən telefon, planşet və monitor izlətdirirlər. Bunu etməsinlər. Bu proses sonra uşaqlarda autizm xəstəliyi əmələ gətirə bilər. Valideynlər bu hərəkətlərdən çəkinməlidirlər. 2 yaşına qədər uşaqlara monitor izlətmək təhlükəlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti