...

ÜST koronavirus əleyhinə digər peyvəndləri nə üçün təsdiqləmir? - AÇIQLAMA

Cəmiyyət Materials 3 Sentyabr 2021 08:00 (UTC +04:00)
ÜST koronavirus əleyhinə digər peyvəndləri nə üçün təsdiqləmir? - AÇIQLAMA

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Ümumdünya Səhiyyə Təşkilatı istehsalçıların istəyi və müraciəti əsasında Təcili İstifadə Siyahısı üçün peyvəndləri qiymətləndirir.

Bunu Trend-in sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, ÜST yalnız təhlükəsizliyi və effektivliyi sübut olunan peyvəndləri təsdiq edir:

"2020-ci ilin aprel ayında ÜST pandemiyanın qarşısının alınmasında təsirli olacaq peyvəndlər üçün minimum meyarları açıqladı. Təcili istifadə üçün qiymətləndirilən bütün peyvəndlər COVID-19 infeksiyasına qarşı minimum effektivlik səviyyəsinə çatıb. Bir çox peyvənd yerli qurumların icazəsi ilə müstəqil sınaqlara cəlb olunub, lakin bəzilərinin ÜST tərəfindən qiymətləndirilməsi tamamlanmayıb. ÜST onları qiymətləndirməyə davam edir. Texniki ekspert qrupu qiymətləndirmələri tamamladıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti