...

Əcnəbilər COVID-19 pasportu tələb olunan yerlərə daxil ola bilər? - Operativ Qərargah AÇIQLADI

Cəmiyyət Materials 2 Sentyabr 2021 19:41 (UTC +04:00)
Əcnəbilər COVID-19 pasportu tələb olunan yerlərə daxil ola bilər? - Operativ Qərargah AÇIQLADI

Bakı. Trend:

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, bu şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər.

Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti