...

Auditoriyalarda müəyyən limitlər tətbiq olunacaq - RƏSMİ

Cəmiyyət Materials 7 Sentyabr 2021 14:34 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Ali və orta tədris müəssisələrində auditoriyalarda müəyyən limitlər tətbiq olunacaq.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bəzi geniş auditoriyalarda mühazirələr arzuolunan deyil: "Bu auditoriyalarda tələbə sayı 50-60 nəfərlə məhdudlaşdırıla bilər".

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti