Bakı. Fərid Zöhrabov - Trend:
Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.
Trend xəbər verir ki, bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.
Məlumata görə, ən yüksək yoluxma faizi yenə də Bakı şəhərində qeydə alınıb - 54,6 faiz.
Abşeronda 13,3 faiz, Aranda 11,8 faiz, Gəncə-Qazaxda 6,9 faiz, Şəki-Zaqatalada 3,7 faiz, Quba-Xaçmazda 3,0 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,3, Naxçıvanda 0,06 faiz təşkil edir.
Ölkə xarici yoluxma isə 0, 4 faizdir.
Paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14,6 faiz təşkil edir. Xətaidə 13,5 faiz, Yasamalda 11,8 faiz, Sabunçuda 11,7 faiz, Suraxanıda 8,3 faiz, Nərimanovda 7,9 faiz, Nəsimidə 7,7 faiz, Xəzərdə 7,5 faiz, Nizamidə 7,1 faiz, Səbaildə 4,9 faiz, Qaradağda 4,4 faiz, Pirallahıda 0,5 faiz təşkil edib.