Bakı. Trend:
Bakıda dünya səhiyyəsinin ən nüfuzlu beynəlxalq sertifikatı JCI-a (Joint Commission International, ABŞ) malik yeganə çoxprofilli tibb mərkəzi olan Respublika Diaqnostika Mərkəzi (RDM) Cənubi Qafqaz regionunda ilk KARL STORZ OR1TM inteqrə əməliyyatxanasını açıb.
Tanınmış tibb işçilərinin iştirakı ilə baş tutan açılış mərasimində əməliyyat otağının geniş imkanları və özəllikləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Bildirək ki, məhz RDM-in regionumuzda OR1 TM-in ilk və yeganə sahibi olması olması təsadüfi deyil. Uzun illərdir ki, bu mərkəzdə endoskopik cərrahiyyə inkişaf etdirilir. Mərkəzdə indiyədək laparoskopik qastrektomiya , minimal invaziv qida borusu cərrahiyyəsi, transanal cərrahiyyə (TaTME, TAMİS) və s. kimi unikal əməliyyatlar həyata keçirilib.
Digər tərəfdən də RDM beynəlxalq tədris platformalarında fəal iştirak edir, konfranslar keçirir, rezidentlər üçün təlimlər təşkil edir. Bu baxımdan RDM həkimlərinin əməliyyat videolarının Fransada yerləşən IRCAD Laparoskopik Təlim Mərkəzinin təşkil etdiyi WeBSurg virtual universitetin təlimlərində yayımlanmasını da xüsusi vurğulaya bilərik.
Hazırda mərkəz həm yerli həkimlərin və tələbələrin, həm də xarici rezidentlərin cərrahiyyə sahəsində bacarıqlarının təkmilləşdirməsində iştirak etməyi planlaşdırır. OR1TM-ə sahiblənmək də onun bu istiqamətdə fəaliyyətinə təkan verəcəkdir.
Bildirək ki, OR1TM tibbi cihazların məsafədən idarə edilməsi, əməliyyatın keyfiyyətli video və şəkillərinin çəkilməsi və arxivləşdirilməsi, səs və video siqnallara nəzarət və yayımların təşkili kimi geniş imkanlar təqdim edir. 3D, 4K və ICG texnologiyaları həm cərraha əməliyyatı rahat idarə etməyə imkan verir, həm də əməliyyatın təhlükəsizliyini artırır.
OR1TM-in canlı yayım, konfrans, təlim kursları və s. təşkil etmək, həm də digər əməliyyat otaqları və xarici ölkələrdəki həkimlərlə məsləhətləşmək üçün geniş imkanları var.
Bir sözlə, OR1TM-dəki interaktivlik və teletibb ilə RDM-in imkanları sonsuzdur. Belə ki, bu əməliyyatxana sayəsində dünyanın istənilən yerindən tanınmış cərrahlar sizin əməliyyatınızda iştirak edə bilərlər.
İlk əməliyyat RDM-in həkimi uzman cərrah İlqar İsmayılov tərəfindən uğurla həyata keçirilib.
Ənənəvi olaraq dünyada açılan hər yeni əməliyyatxanaya müəyyən ad verildiyi üçün Bakıdakı OR1TM də RDM-in əməkdaşlarının təkidi ilə “Victory” (qələbə) adlandırılıb.
Yekun olaraq bildirək ki, OR1TM-ə sahib olmaq ekspert mərkəzi roluna iddia edən RDM-in ölkə və region üzrə minimal invaziv cərrahiyyə sahəsində lider olmağını təmin edəcəkdir.
Klinikamız, aksiyalarımız və həkimlərimiz haqqında daha ətraflı məlumat üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz: Facebook, Instagram və ya klinikanın internet saytı .