...

Ötən tədris ilində 20 direktorun əmək müqaviləsi ləğv edilib

Cəmiyyət Materials 16 Sentyabr 2021 17:26 (UTC +04:00)
Ötən tədris ilində 20 direktorun əmək müqaviləsi ləğv edilib

Bakı. Çingiz Səfərli - Trend:

2020-2021-ci tədris ili ərzində 20 direktorla bağlanmış əmək müqaviləsi müxtəlif əsaslarla ləğv edilib.

Trend xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məlumat verib.

O bildirib ki, 14 direktorun əmək müqaviləsinə isə təqaüd yaş həddinə çatmaları ilə əlaqədar xitam verilib: "25 direktor fəxri fərmanla təltif edilib. 118 direktorla bağlanan müqavilənin müddəti uzadılıb. Təqaüd yaşı çatan 36 direktorun əmək müqaviləsinin müddəti artırılıb. 1 məktəbin (304 nömrəli) fəaliyyəti dayandırılıb, 2 məktəbin (152, 172) fəaliyyəti bərpa edilib. 2020-2021-ci tədris ili müddətində 21, tədris ili bitdikdən sonra 15 direktorin iş yeri dəyişdirilib".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti