...

Azərbaycanda bu il daşınan sərnişinlərin sayı açıqlanıb

Cəmiyyət Materials 20 Sentyabr 2021 20:48 (UTC +04:00)
Azərbaycanda bu il daşınan sərnişinlərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-avqust aylarında nəqliyyatçılar 744,5 milyon sərnişinə xidmət göstəriblər.

Trend-in məlumatına görə, sərnişinlərin 95,8 faizi avtomobil nəqliyyatı, 3,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Avtomobil nəqliyyatı ilə 2021-ci ilin yanvar-avqust aylarında 713,6 milyon sərnişin, dəmir yolu nəqliyyatı ilə 1 milyon 533,3 min, dəniz nəqliyyatı ilə 10,4 min, metro ilə 28,7 milyon, hava nəqliyyatı ilə 687,2 min sərnişin daşınıb.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti