...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə birgə toplantı keçirəcək

Cəmiyyət Materials 25 Sentyabr 2021 05:50 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə birgə toplantı keçirəcək

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə birgə Sülh, Müxtəliflik və Bəşəri Dəyərlərimiz mövzusunda XXII Ali Səviyyəli toplantı keçirəcək.

Trend-in məlumatına görə, 4-5 oktyabr tarixlərində BMT-nin Cenevrə ofisində keçiriləcək toplantının işində Baş Direktor Tatyana Valovaya, İsveçrənin sabiq Prezidenti Mişelin Kalmi-Rey, Mərkəzin Həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, BMT-nin Cenevrədəki şöbəsinin Baş Direktor Aparatının rəhbəri David Çikvaidze, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov, o cümlədən BMT-nin Cenevrədə yerləşən qurumlarının rəhbərlərinin iştirakı ilə dəyişən dünyada sülh və təhlükəsizlik, ətraf mühit və iqlimin dəyişilməsi problemləri, davamlı inkişaf proqramında bərabərlik kimi mövzular müzakirə ediləcək.

Həmçinin toplantı zamanı Nizami Gəncəvinin 880 illiyi qeyd olunacaq.

Qeyd edək ki, XXI Ali Səviyyəli toplantı o cümlədən VIII Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, BMT-nin Cenevrə Ofisinin Baş Direktoru xanım Tatyana Valovaya VIII Qlobal Bakı Forumunda iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti