...

Qəbələdə irigövdəli ağacın aşması insanların gediş-gəlişinə manə yaradıb

Cəmiyyət Materials 26 Sentyabr 2021 09:57 (UTC +04:00)
Qəbələdə irigövdəli ağacın aşması insanların gediş-gəlişinə manə yaradıb

Bakı. Trend:

Qəbələ rayonunun Nic qəsəbəsində və Hacıalılı kəndində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanlarına cəlb olunub.

Xilasedicilər, müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacları hissələrə kəsərək yoldan götürülməsini, bununla da həmin yollarda vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti