...

Şuşada Prezident İlham Əliyevin xalqa tarixi müraciəti dinlənilib (VİDEO)

Cəmiyyət Materials 27 Sentyabr 2021 11:35 (UTC +04:00)
Şuşada Prezident İlham Əliyevin xalqa tarixi müraciəti dinlənilib (VİDEO)

Bakı. Humay Ağacanova - Trend:

27 Sentyabr - Anım Günü ilə əlaqədar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində mərasim keçirilib. Şəhidlərin xatirəsi sükutla yad edilib, dualar oxunub.

Trend-in məlumatına görə, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov "Twitter" səhifəsindəki paylaşımında bildirib.

Paylaşımda qeyd edilib ki, mərasimin sonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti televiziya vasitəsi ilə dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti