...

Qaradağda “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü”nə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2021 16:40 (UTC +04:00)
Qaradağda “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü”nə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Qaradağ rayonunda 27- sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, YAP Qaradağ Rayon Təşkilatının sədri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları önünə əklil və çələnglər qoydular.

Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edildi. Daha sonra Dövlət himni ifa olundu.

Qeyd olunmuşdur ki, Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirmişdir. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilmişdir. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi.

“Anım Günü”nə həsr olunmuş tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qeyd etmişdir ki, ötən il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatdığını, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu, bu, sənədin həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında qaradağlılar da böyük şücaət və əzmkarlıq nümunələri göstərmişdi. Vətən müharibəsində Qaradağ rayonu üzrə 914 nəfər iştirak etmiş, onlardan 31-i şəhidlik zirvəsinə yüksəlmiş, 154-ü isə yaralanmışdı.

Ərazilərin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident cənab İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif orden və medallarla təltif olunmuşlar.

Prezident Cənab İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsi olduğunu bildirmişdir.

Bu şanlı Qələbənin Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni dövrün başlanğıcı olduğunu bildirən rayon icra hakimiyyətinin başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür.

Prezident İlham Əliyevin Şuşa şəhərinə və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza səfərləri, həmin səfərlər çərçivəsində çox mühüm tədbirlərdə iştirakı, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini hər kəsə nümayiş etdirir.

Əlbəttə, zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi Qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacaq, bunu daha ətraflı dərk edəcəyik. Vətəni canından əziz tutanlar heç vaxt unudulmayacaq.

“Anım Günü”nə həsr olunmuş Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək qeyd etmişdir ki, bir il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı Vətən müharibəsi, 44 gündən sonra Zəfərlə başa çatdı.

Müzəffər sərkərdəmiz, Prezident İlham Əliyevin düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycan ordusunun canı-qanı bahasına torpaqlarımız işğaldan azad olundu, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandı. Özünün Vətən Müharibəsi ilə Azərbaycan regionda yeni reallıq yaratdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

Daha sonra Şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlunun anası Leyla Musayeva çıxış edərək qeyd etmişdir ki, Vətən Müharibəsinin ilk günlərindən hərbi əməliyyatlarda övladı Musaoğlu Ataməli də iştirak etmiş, igidlik, şücaət nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi iştirakçılarına, o cümlədən Şəhid Ataməlinin də xidmətlərinə yüksək qiymət verdiyini bildirdi. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Uğrunda”, “Suqovuşanın azad olunması” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur.

Ölkəmizdə olduğu kimi Qaradağ rayonunda da Prezident cənab İlham Əliyev tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu qeyd edilmişdir. Dövlət qayğısını həmişə hiss etmişik. Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifə olduğunu qeyd etdi.

Tədbirdə Vətən müharibəsi qazisi Qədir Qədirov çıxış edərək qeyd etdi ki, Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son qoyuldu. Ordumuz işğal altındakı torpaqları düşməndən azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Müharibənin ilk günlərindən hərbi əməliyyatlarda Tərtər rayonunun Talışkənd və Suqovuşan istiqamətində düşmənə qarşı döyüşdüyünü və hərbi əməliyyatlar zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralandığını qeyd etdi. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur Döyüşçü” və “Suqovuşanın” azad olunması uğrunda medallarlı ilə təltif olunmuşam. Prezident cənab İlham Əliyev tərəfindən Vətən müharibəsi iştirakçılarına və ərazi bütövlüyümüzün uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğısı hər zaman yüksək səviyyədə olub. Dövlət qayğısını həmişə hiss etmişik. Daha sonra rayonun Ümid qəsəbəsindəki 294 nömrəli tam orta məktəbinin şagirdi İsmayıl Məmmədzadə Vətən qəhrəmanlarına həsr olunmuş seir söylədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti