...

ƏƏSMN kollektivi İkinci Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2021 19:53 (UTC +04:00)
ƏƏSMN kollektivi İkinci Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)

Bakı. Trend:

Ziyarətdən sonra nazirlikdə çalışan Vətən müharibəsinin iştirakçıları və şəhid ailəsi üzvləri ilə görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və kollektivi Vətən müharibəsində iştirak edən və şəhid yaxınları olan Nazirlik əməkdaşları ilə birgə İkinci Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Sonra Vətən müharibəsində iştirak edən və şəhid yaxınları olan Nazirlik əməkdaşları ilə görüş olub. Videokonfrans formatında keçirilən görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu gün xalqımızın şanlı qəhrəmanlıq tarixi olan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümüdür. Vətən müharibəsində hərbçilərimiz dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirdi və 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızı azad etdi.

Nazirlik üzrə 11 əməkdaşın ailə üzvlərinin də Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldıqlarını bildirən S.Babayev bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib.

Nazir qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən də müxtəlif vəzifələrdə çalışan 101 əməkdaş, nazirliyin əməkdaşlarının ailə üzvlərindən 129 nəfər Vətən müharibəsində iştirak edərək Qələbəmizə öz töhfələrini veriblər.

S.Babayev diqqətə çatdırıb ki, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 73 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və digər medallarla təltif olunublar. Onlardan bir qismi hətta 2-3 medala, bir nəfəri Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşı Sahil Həsənli isə 5 medala layiq görülüb.

Görüşdə çıxış edən Vətən müharibəsinin iştirakçıları olan əməkdaşlar doğma torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak etməkdən sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti