...

Metrodan istifadə edən sərnişinlərin sayı artıb - Metropoliten

Cəmiyyət Materials 29 Sentyabr 2021 15:20 (UTC +04:00)
Metrodan istifadə edən sərnişinlərin sayı artıb - Metropoliten

Bakı. Samir Əli - Trend:

Bu il sentyabrın 6-dan etibarən "Bakı Metropoliteni"ndə gün ərzində daşınan sərnişinlərin sayından qismən artım olub.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, tədris müəssisələrində təhsilin qismən təmin olunması və yay məzuniyyətlərinin başa çatması ilə əlaqədar sərnişin sayı artmağa başlayıb: "Sentyabr ayının 6-na qədər gün ərzində metro ilə orta hesabla 399 min 160 sərnişin daşınırdı. Sentyabrın 6-dan 22-nə qədər isə sərnişindaşıma gün ərzində 430 min nəfərə çatıb. Bu gündən isə metroda sərnişindaşımada artım hiss olunur".

B.Məmmədov qeyd edib ki, bu il yay aylarında günlük ortalama sərnişin sayı 2019-cu ilin iyun-avqust ayıarı ilə müqayisədə azalıb. Belə ki, 2019-cu ilin eyni dövründə gündəlik ortalama 562 min 892 nəfər sərnişin daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti