...

Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2021 12:58 (UTC +04:00)
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)

Bakı. Trend:

56 saylı Xaçmaz kənd seçki dairəsini Azərbaycan Respublikasının Milli Məclisində təmsil edən millət vəkili Sevil Mikayılova ötən gün rayonda şəhid ailələri ilə görüşüb.

Görüş zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz ehtiramla yad edilib. Görüşdə şəhidlərin keçdikləri döyüş yolundan danışılıb, onlarla bağlı xatirələrdən söz açılıb. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinin hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb.

Şəhid yaxınları göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti