...

Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 22 Oktyabr 2021 17:48 (UTC +04:00)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 886 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 112 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 320 558, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 024 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 296 058 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti